Azərbaycanda son sutkada COVID-19 əleyhinə 39 890 vaksin vurulub. Bu barədə oktyabrın 9-da Operativ Qərargahdan məlumat verilib.
Əhalinin 40%-i tam vaksinasiyadan keçib. Birinci mərhələ üzrə peyvənd olanların sayı 4 877 452 təşkil edir, bu isə əhalinin 48%-i deməkdir.