Avqust ayında ÜST hamilə qadınların 12-ci həftələrindən sonra aşılanmasını tövsiyə edən yeni bir protokol tərtib edib.
Lakin Azərbaycanda istifadə olunan SinoVac təlimatlarında peyvəndin hamilə qadınlara və süd verən analara vurulması tövsiyə olunmur.
“Sinovak hazırda hamilə və laktasiya edən qadınların aşılanması ilə bağlı araşdırma aparır. Bu tədqiqatlar hələ tamamlanmayıb. Beləliklə, hamilə qadınlara SinoVac peyvəndi vurmaq mümkün deyil”, - deyə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik-ə bildirib.
O qeyd edib ki, Pfizer hamilə və laktasiya edən analar üçün təhlükəsizdir. Hazırda Azərbaycanda hamilə qadınlara və uşaq əmizdirən analara əks göstəriş sertifikatı verilir.