İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sektor müdiri Azərbaycanda obyektlərdə geri qaytarılmayan mallar haqqında danışıb. O, bu haqda oktyabrın 20-də "Xəbər Ertəsi"-nə müsahibə verib.
Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı:
- Qızıl və qızıl məmulatları
- Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar
- İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr)
- Parfümer-kosmetika malları
- Kişi, qadın və uşaq çimərlik paltarları
- Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları
- Məişət-kimyası malları
- Şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.)
- Uşaq oyuncaqları
- İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları
- Ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar
- Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları
Sektor müdirinin sözlərinə görə, hər hansı sahibkar hüquq pozuntusuna yol verərsə, onun barəsində 600-900 AZN məbləğində cərimə tətbiq oluna bilər.