Hərbi jurnalist Ədil Arifoğlu ötən gün 56 yaşında vəfat edib. Bu barədə 28 iyul tarixində Report məlumat verib.
O, bu gün İmişli rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Ədil Arifoğlu 1968-ci ildə İmişli rayonunda doğulub. Tədqiqatçı jurnalist AzTV-nin hərbi vətənpərvərlik redaksiyasının baş rejissoru, hərbi reportyor və Birinci və İkinci Qarabağ müharibələrinin hərbi jurnalist kimi iştirakçısı olub.