Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” gəmilərinə xəbərdarlıq göndərilib.
Oktyabrın 25-i günün ikinci yarısından 26-sı axşam saatlarınadək Xəzər dənizində şimal-qərb-şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə 30-32 m/s qədər güclənəcəyi gözlənilir.
Küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
Bununla yanaşı, gözlənilən tarixlərdə limanlarda dayanan gəmilərin kapitanları mütləq gəmidə olmalı və gəmilərin təhlükəsiz dayanmalarını təmin etməlidirlər.