Yanvarın 13-ü axşam saatlarından Bakıda və Abşeronda yağış yağacağı, 14-də sulu qara, şəhərin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bu günlərdə külək güclənəcək, yollar isə buz bağlayacaq. Yanvarın 15-də yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur.
Xidmət rəsmisi qeyd edib ki, yanvarın 13-dən 16-dək atmosfer təzyiqinin təzadlı qalxıb enməsi gözlənilir: “Bu təsir effekti qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edilir. Bu səbəbdən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur”.