Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına xəbərdarlıq edib.
Qurumun rəsmisi hava şəraitini nəzərə alaraq diqqətli olmağı, avtomobillərinin texniki sazlığını və şinlərinin mövsümə uyğunluğunu təmin etməyi, yol hərəkəti qaydalarına dəqiqliklə riayət etməyi xahiş edir.
Qeyd edək ki, dekabrın 23-24-də Bakıda və Abşeron yarımadasında sulu qar yağacaq, şimal və qərb bölgələrinin dağlıq və dağətəyi rayonlarında yolların buz bağlayacağı gözlənilir.