Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar olaraq 28 nəfər dənizdən əvakuasiya edilib. Bu barədə noyabrın 16-da SOCAR-ın “Azneft” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, müvafiq tədbirlər görülüb: “Bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət daim nəzarət altındadır. Hazırda istehsalat öz ahəngi ilə davam edir”.