Hazırda Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Bu barədə İnsanoid Report-a istinadən xəbər verir ki, havada tozun miqdarı normadan 1.2- 1.3 dəfə artıqdır.
Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib ki, tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir.