DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş 8 hərbi qulluqçunun 14 azyaşlı övladının himayəyə götürülməsi barədə qərar qəbul edilib. Qərar dekabrın 16-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin onlayn keçirilən iclasında qəbul olunub.
Onların hər birinə 18 yaşına çatana kimi ayda 100 manat maddi yardım göstəriləcək. Həmçinin qərarda qəzada həlak olan 6 hərbi qulluqçunun hər birinin ailəsinə 1 000 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi nəzərdə tutulub.
Bu il noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçunun şəhid olması xəbəri yayılmışdır.