Bakının Sabunçu rayonunda heroin və silahla saxlanılan şəxsə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda yanvarın 11-də Trend məlumat paylaşıb.
Hökmə əsasən, saxlanılan şəxs 11 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, onun üzərindən 4 qrama yaxın heroin və metamfetamin, eləcə də 1 ədəd elektron tərəzi, yaşadığı evindən isə satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin aşkarlanıb. Həmçinin sözügedən şəxsin mənzilinin zirzəmisində 1 kiloqram 100 qram heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi tapılıb.
Məlumata görə, həbs edilən şəxs əvvəllər də məhkum olunmuşdur.