Vətən müharibəsi şəhidi polkovnik Babək Səmidlinin adından İnstagramda saxta səhifədən sui-istifadə edərək pul yığan şəxs DİN tərəfinfən saxlanılıb.
Oktyabrın 28-də nazirlikdən verilən məlumata görə, həmin səhifə Bərdə rayon sakini, yetkinlik yaşına çatmamış şəxs tərəfindən yaradılıb. Saxlanılaraq baş idarəyə gətirilən həmin şəxs belə bir səhifə yaratdığını etiraf edib.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs səhifədə şəhidlərin adına ehsan veriləcəyi ilə bağlı elan yerləşdirərək izləyicilərdən pul toplayıb. O, yardım məqsədi ilə ona müraciət edən sosial şəbəkə istifadəçilərinə bank kartı göndərərək pulun ora köçürülməsini tələb edib. Daha sonra o, pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib.
Video: YouTube Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi