Abşeron rayonunda şəhid ailələri və müharibə əlillərinə 50 mənzil təqdim edilib. Bu haqda oktyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il şəhid ailələri və müharibə əlillərinə artıq 1800 mənzil verilib.