Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində 3 şəhid ailəsinə və 2 qaziyə mənzillər, Vətən müharibəsinin 10 iştirakçısına isə avtomobillər təqdim olunub. Bu haqda dekabrın 25-də Report məlumat yayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək mənzillərin orderlərini və avtomobillərin açarlarını ailələrə təqdim edib.
Mənzillər Culfa, Babək və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Mənzillər mebel dəstləri və lazımi məişət şəraiti ilə təmin ediliblər.