Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb. Bu barədə 29 iyul tarixində Report məlumat verib.
73 kq çəki dərəcəsində yer alan idmançı kanadalı Artur Margelidon ilə qarşılaşıb.
Rəqibinə qalib gələn H.Heydərov yarımfinala adlayıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.