Azərbaycanın Hirkan meşələri UNESCO-nun təbii irs siyahısına daxil ediləcək. Bu barədə 11 yanvar tarixində Trend məlumat verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Arzu Səmədovanın sözlərinə görə, bununla bağlı müəyyən işlərə başlanılıb.
“Hazırda yerli və xarici ekspertlərdən ibarət qruplar iş görür. Onlar ərazinin qiymətləndirilməsini aparıb, eyni zamanda Ümumdünya Vəhşi Təbiətin Mühafizə İttifaqının mütəxəssisləri Hirkan meşələrinə baxış keçirib”, - deyə nümayəndə qeyd edib.
O əlavə edib ki, Lənkəran rayonunun ərazisində yerləşən meşədə 3-cü buzlaşma dövründən qalan qədim bitkilər var.