Yanvarın 14-dən Honq-Konq Azərbaycandan gələn səyahətçilərə girişi qadağan edir. Bu haqda Sputnik Azərbaycan məlumat verib.
Buna səbəb Azərbaycanda aşkarlanan koronavirus infeksiyasının “omicron” ştamıdır.
Azərbaycana səfər etmiş Honq-Konq sakinləri isə yalnız tam peyvənd olunduqdan sonra ölkələrinə dönə biləcəklər. Bununla yanaşı, onlar 21 gün müddətinə hoteldə məcburi karantində qalmalı olacaqlar.