I Qarabağ müharibəsində əlil olan hərbçilərə, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə veriləcək. Bununla bağlı dekabrın 23-də Prezident İlham Əliyev fərman imzalayıb.
Ödəmələrin məbləği aşağıdakı kimidir:
Bu, sığorta ödənişi almış və bununla bağlı məhkəmə aktı olan hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilməyəcək.
Oxşar proqram 2019-2020 illərdə də icra edilmişdir. Müharibədə həlak olmuş, itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbçilərin vərəsələrinə birdəfəlik ödəmə verilməsi haqda fərmanlar imzalanmışdır. 12,3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi 11 manat məbləğində birdəfəlik ödəmə ilə təmin olunmuşdur.