Bu gün, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və demarkasiyası, Azərbaycan tərəfinin təqdim etdiyi 5 prinsip əsasında iki ölkə arasında sülh müqaviləsinin hazırlanması məsələləri müzakirə olunub.
Dövlət başçısı sülh müqaviləsinin hazırlanması üzrə Azərbaycan nümayəndə heyətinin müəyyən edildiyini və sərhədlərin delimitasiyası üzrə Azərbaycan milli komissiyasının tərkibinin müəyyən edildiyini vurğulayıb. Həmçinin ölkəmizin Ermənistanla danışıqlara hazır olduğunu qeyd edilib.