Çinin Hunan vilayətinin Canciacie şəhərində “Azərbaycan Ticarət Evi” açılıb. Bu barədə 25 dekabr tarixində Azərtac məlumat yayıb.
300 kvadratmetr sahəsi olan ticarət evində ölkəmizin 50 növ qida və içki məhsullları satılacaq. Çin şirkətləri birbaşa Azərbaycandan məhsul idxal edərək ticarət evində satışını həyata keçirəcək.
Qeyd edək ki, bu, Azərbaycanın Çində sayca 4-cü ticarət evidir. 2018-ci ildən başlayaraq Şanxay, Çindao, Lyənyünqan, Lucou, Urumçi, Harbin, Cinan kimi şəhərlərdə 3 ticarət evi, 3 şərab evi və 4 ticarət bölməsi açılıb. Bu ticarət və şərab evlərində Azərbaycan məhsulları satılır və onlar üçün yeni satış kanalları yaranır.