2022-ci il ərzində Çindən Azərbaycana, Gürcüstana və Türkiyəyə müntəzəm olaraq konteynerlərlə yükdaşımalar həyata keçiriləcək. Bu barədə 30 dekabr tarixində “Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi "ADY Konteyner" MMC məlumat verib.
Çin “Xian Free Trade and Construction”şirkəti ilə yükdaşımaların həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb. Qatar Çindən dekabr ayının 6-da yola salınıb. 50 konteynerdən ibarət qatar Bakıya dekabrın 29-da çatıb.
Qeyd edək ki, Çin şirkətləri ilə əməkdaşlıq 2019-cu ilin aprelində iki ölkə arasında əldə olunan Strateji Əməkdaşlıq Anlaşmasından sonra daha geniş vüsət alıb.