Azərbaycanda internet vasitəsilə narkotik satanları 12 ilədək həbs cəzası gözləyir. Bu barədə 26 aprel tarixində Report məlumat verib.
Məlumatda bildirilib ki, bu, parlamentin I oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma kütləvi informasiya vasitələrindən istifadə etməklə törədildikdə 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd olunub ki, sənəd layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.