Azərbaycan hər il 100 min yeni iş yeri açmağı hədəfləməlidir. Bu barədə 25 aprel tarixində Report iqtisadiyyat naziri Mikayıl Cabbarovun Bakıda keçirilən "Sahibkarlar Günü"nə həsr olunmuş konfransındakı çıxışına istinadən bildirib.
“Biz hər il 100 min yeni iş yeri açmağı hədəfləməli, əmək bazarına çıxan gənclərin işlə təmin olunmasına zəmin yaratmalıyıq”, - nazir söyləyib.
Onun sözlərinə görə, bir sıra sahibkarların təltif olunması ilə bağlı qərar verilib.