top
İran azərbaycanlı ravvinə qarşı terror hazırlayırmış - The Washington Post”
05 aprel 2025, 06:56
- ↺ +

İran azərbaycanlı ravvinə qarşı terror hazırlayırmış - "The Washington Post”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İranın xüsusi xidmət orqanı Azərbaycandakı aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqala sui-qəsd hazırlayıbmış. Bu barədə “The Washington Post” Qərb ölkələrindən birinin kəşfiyyat orqanındakı mənbəyə istinadla məlumat yayıb.


Xəbərdə deyilir ki, İslam İnqilabının Keşikçiləri Korpusunun “Sepah-e-Qods” briqadasının zabiti ravvini öldürməsi üçün Aslanov soyadlı gürcüstanlı narkotik qaçaqmalçısını ələ alıbmış. Aslanova ravvinin fotosu, həmçinin ətraflı təlimat verilib və “xidmətinə” görə $200.000 vəd olunub.

Aslanov İranda “Sepah-e-Qods”un nümayəndələri ilə görüşəndən sonra Azərbaycana qayıdıb və İsmayılov soyadlı yerlisini ravvini izləmək işinə cəlb edib. Lakin Azərbaycanın təhlükəsizlik orqanları onları həbs ediblər.

Məsələyə münasibət bildirən Şneor Seqal “The Washington Post”a deyib ki, bu haqda məlumatı Azərbaycan mediasından oxuyub və bu ölkədə özünü çox güvənli hiss edir.

Yada salaq ki, yanvar ayında Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycanda dini icmalardan birinin rəhbərinə qarşı sui-qəsd hazırlayan iki şəxsin - Gürcüstan vətəndaşları Aqil Aslanov ilə Azərbaycan vətəndaşı Ceyhun İsmayılovun saxlanıldığı haqqında məlumat yaymışdı. Amma məlumatda onların İrana "işlədikləri" barədə heç nə deyilmirdi.

Qəzet xatırladır ki, bu, İranın törətmək istədiyi sui-qəsdlərlə bağlı tək nümunə deyil. 2023-cü ildə Almaniya Prokurorluğu İranı sinaqoqlara və yəhudi məktəblərinə hücum təşkil etmək üçün yerli kriminaldan yararlanmaq cəhdində ittiham etmişdi. 2024-cü ilin martında Peru polisi İranın Qüds qüvvələrini təmsil edən şəxsi İsrail vətəndaşına sui-qəsd cəhdinə görə saxlamışdı. Ötən ay isə Nyu-York məhkəməsi Rafat Əmirov və Polad Ömərov adlı iki şəxsi iran mənşəli amerikalı jurnalist və ictimai fəal Məsih Əlinecatı öldürmək istədiklərinə görə həbs edib.

Məsih Əlinecat

Rusiyadakı mütəşəkkil cinayətkar dəstələri ilə əlaqəsi olan bu iki şəxs jurnalisti Bruklindəki evində öldürməyə görə İslam İnqilabının Keşikçiləri Korpusundan $500,000 alacaqmışlar. Məsih Əlinecatı İranda insan haqları ilə bağlı fəal çıxışlar edir və hicab məcburiyyətini pisləyir, iranlı qadınları hicabsız şəkillərini paylaşmağa çağırır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Cəmiyyət
Dünən, 11:36

Gürcüstandan 98 əcnəbi deportasiya edilib, azərbaycanlılar da var

Cəmiyyət
Dünən, 11:29

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

Cəmiyyət
Dünən, 11:09

Naxçıvanda əsgərin ölümündə təqsirləndirilən həkimə hökm oxunub

Cəmiyyət
Dünən, 10:50

Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"

Cəmiyyət
Dünən, 10:28

Azərbaycan Prezidenti: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"

Cəmiyyət
Dünən, 10:15

Prezident: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"

Cəmiyyət
Dünən, 09:33

Türkiyədə rüşvət ittihamı ilə 68 bələdiyyə işçisi tutulub

Cəmiyyət
Dünən, 09:23

Xətaidəki silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib - Rəsmi

Oxşar xəbərlər