Azərbaycanda bağça müdirinə cinayət işi açılıb. Bu barədə oktyabrın 12-də Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Şirvan şəhərinin 3 nömrəli “Yasəmən” uşaq bağçasının müdiri Elmira Səfərova haqqında yol verilən qanunsuzluqlarla bağlı prokurorluqda araşdırma aparılıb. O, işlədiyi dövrlərdə vəzifəsindən sui-istifadə edərək 16 177 manat pul mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.