Şirvan şəhərində yataqxanada yanğın baş verib. Nəticədə 4 nəfər tüstüdən zəhərlənib, 30 sakin təhlükəsiz əraziyə təxliyə edilib. Bu haqda dekabrın 29-da Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Hadisə şəhərin F.Eynullayev küçəsində qeydə alınıb. Həmin ünvandakı beşmərtəbəli yataqxananın 4-cü mərtəbəsində sahəsi 15 m² olan otağın yanar konstruksiyaları alovlanıb.
Qonşu otaqlar yanğından mühafizə olunub.
FHN-nin hesabatına əsasən, Azərbaycanda cari ilin 9 ayı ərzində 1 805 yanğın hadisəsi baş verib.