Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu il, əsasən, taxıl əkilib. Bu haqda aprelin 22-də Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firudin Tağıyevə istinadən Report məlumat verib.
Onun sözlərinə görə, əkinlər 50 min hektarlıq sahədə aparılıb.
Firudin Tağıyev bildirib ki, sözügedən torpaqların potensialının öyrənilməsi minatəmizləmə fəaliyyəti ilə paralel aparılıb.
“Düşmənlərimiz tərəfindən torpaqlarımız kortəbii istifadə edilib. Bu isə torpaq resurslarının çirklənməsinə səbəb olub. Qarşımızda duran məsələlər həmin torpaq resurslarının münbitliyinin geri qaytarılması ilə daha məhsuldar əkinlərin aparılmasıdır”, - deyə o qeyd edib.
Həmçinin F.Tağıyev əlavə edib ki, Həkəri çayı üzərində su anbarlarının qurulması yüksək məhsuldarlığı təmin edəcək.