top
“İşimizin bəhrəsini görmək mənim üçün ən böyük mükafatdır” – Lənkəranlı fermer xanımla ÖZƏL MÜSAHİBƏ
07 aprel 2025, 09:26
- ↺ +

“İşimizin bəhrəsini görmək mənim üçün ən böyük mükafatdır” – Lənkəranlı fermer xanımla ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Respublikamızda fermer təsərrüfatlarında işləyən kişilərlə yanaşı, bu sahədə çalışan fermer xanımlarımız da var. Onlardan biri də Lənkəran sakinidir.

Cenublu.az-ın bugünkü müsahibi ömrünün 17 ilini torpağa, kənd təsərrüfatına bağlayan fermer xanım Rəftarə Şükürovadır.

Lənkəran rayonunun İstisu qəsəbəsində yaratdığı “Sitrus vadisi” fermer təsərrüfatında müxtəlif növ sitrus meyvələri yetişdirən Rəftarə xanım 15 hektara yaxın torpaq sahəsinin 6 hektarında feyxoa, 3,5 hektarında kivi, 2 hektarında digər sitrus meyvələri, 1 hektarında isə qarışıq meyvə bağları salıb.

Müsahibəni təqdim edirik:

– Kənd təsərrüfatına necə başladınız? Bu sahəyə marağınız necə yarandı?

– Lənkəran şəhərində yaşayıram. Təsərrüfatı çox sevirdim. Bağımız var idi. Marağım olduğundan idarəetməni üzərimə götürdüm.

– Fermerlikdə qadın olmağın sizə gətirdiyi xüsusi çətinliklər nələrdir?  

– Şəhərdə böyüyüb boya-başa çatsam da, min bir əziyyətlə saldığım bağda daha çox vaxt keçirirəm, orada böyük həvəslə çalışıram. Hər gün səhər 8-də evdən çıxıb, İstisu qəsəbəsindəki bağıma gəlirəm, axşam 6-da isə evə qayıdıram. Demək olar ki, günümün çox hissəsini bu bağda keçirirəm. Bağ bir növ mənim həyatımdır. Əlbəttə ki, hər bir işin öz çətinliyi var. Amma onu bilirəm ki, sevərək gördüyün iş çətin deyil. Ümumiyyətlə, təbiəti sevdiyimə görə bu iş mənim üçün çox əzizdir.

–  Fermerliklə məşğul olmaq sizin üçün necə bir həyat tərzidir?

– Əlbəttə, bu, artıq mənim həyat tərzimə çevrilib. İşimin vurğunuyam. Sanki körpə fidanlar böyüdürəm. İnkişaf edən hər bağa baxdıqca daha da fərəhlənirəm.

– İşinizin ən böyük mükafatı nədir?

– İşimizin bəhrəsini görmək mənim üçün ən böyük mükafatdır.

– Cənub bölgəsində sitrusçuluğa maraq artıb?

– Bölgəmiz subtropik iqlim zonasındadır və bu torpaqlarda sitrus meyvələri yetişdirmək üçün ideal şərait olduğuna görə belə qərar verdik. Ümumilikdə cənub bölgəsində sitrusçuluğa marağı artırıb.

– Sizə nə stimul verir?

– Dövlət tərəfindən kiçik fermerlərə göstərilən qayğı mənə daha da stimul verir. Bağımızın ərazisi ildən-ilə genişlənir. Bu məni daha da həvəsləndirir.

– Kənd təsərrüfatı sahəsi inkişaf edirmi?

– Kənd təsərrüfatı hazırda özünün inkişaf dövrünü yaşayır. Dövlətimizin də kiçik fermerlərə göstərdiyi dəstək nəticəsində gəlirlərimiz daha da artır.

– Qadın fermerlərə dəstək olan dövlət proqramları və ya qeyri-hökumət təşkilatları haqqında nə düşünürsünüz?

– Fermerliyə başlamazdan əvvəl bu işi gizli saxlayırdım. İllər sonra cəmiyyətə açılaraq qadın sahibkarlığının güclənməsinə dəstək oldum. Hazırda təsərrüfatda çalışanların 90%-ni qadınlar təşkil edir.

– Fermer qadınların daha çox tanınması üçün hansı addımlar atılmalıdır?

– Düşünürəm ki, say əvvəlki illərə nisbətən artıb. Daha da çoxalması üçün təbliğ etmək lazımdır.

– Ümumiyyətlə biznes qurmaq üçün ilkin kapital nə qədər olmalıdır?

– Torpaq sahəsi olmalıdır. Ən başlıcası isə torpağa sevgi və həvəs olmalıdır. Bunlar olduqda işə başlamaq üçün bir çıxış yolu tapılacaq.

– Bu sahədə gələcəyinizlə bağlı nə kimi planlarınız var?

– Avropa İttifaqının bir neçə layihəsinin benefisiarı oldum. Beynəlxalq təcrübəni öyrənərək aqrar innovasiyaları Azərbaycanda tətbiq etdim. Mən “Citrus Valley” brendini tanıtmaq və aqroturizmi inkişaf etdirmək üçün fəaliyyətimi davam etdirirəm.

– Rəhbərlik etdiyiniz fermer təsərrüfatı haqqında danışmağınızı istərdim.

– Lənkəran rayonunun qabaqcıl təsərrüfatlarından biridir. Burada yetişdirilən məhsullar əsasən yerli bazarlarda, o cümlədən Bakı şəhərindəki mağazalarda və yarmarkalarda satışa çıxarılır. Həmçinin bağımda yetişdirdiyim meyvələrin kompotunu, cemini, mürəbbəsini və turşularını hazırlayaraq “Aqrar Tədarük və Təchizat” ASC-nin layihəsi olan “Kəndən şəhərə” və “Şəhərdən kəndə” layihələri çərçivəsində satışını həyata keçiririk.

Həmçinin paytaxt Bakıda keçirilən yarmarkalarda məhsullarımızı satmaqla bölgəmizi daha da tanıdırıq. Aqroturizm layihəsi çərçivəsində tez-tez qonaqlarımız da olur. Bunların sırasında diplomatik korpusun nümayəndələrini, Bakı məktəblilərini və yerli turistləri qeyd edə bilərəm. Eyni zamanda, Gəncədən və respublikamızın başqa rayonlarından da qonaqlar qəbul edirik. Hər kəs istədiyi vaxt gəlib bağımızın qonağı ola bilər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:35

Zaqatalada iş adamı milyonluq dələduzluqla bağlı həbs edilib

Cəmiyyət
Bu gün, 13:51

Məmurlar bu hallarda vəzifədən getməli olacaqlar

Cəmiyyət
Bu gün, 13:46

Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir?

Cəmiyyət
Bu gün, 12:46

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Siyasət
Bu gün, 12:23

"Fənərbaxça"nın prezidenti qəza törətdi: Zədələnən avtomobil satışa çıxarıldı – VİDEO

Cəmiyyət
Bu gün, 11:22

Tək təkər üzərində basketbol və xokkey: Birtəkərli velosipedlərdə keçirilən unikal yarışlar - VİDEO

Cəmiyyət
Bu gün, 11:09

Prezident İlham Əliyev Çex Respublikasının Prezidenti Petr Pavelə təbrik məktubu ünvanlayıb

Siyasət
Bu gün, 10:43

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Cəmiyyət
Bu gün, 10:38

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilir

Cəmiyyət
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 28 oktyabr

Cəmiyyət
Dünən, 17:14

Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb

Cəmiyyət
Dünən, 16:07

Sürücünün telefondan istifadəsi, eləcə də reklam şərtlərinin pozulması foto və videokameralar vasitəsilə də qeydə alınacaq

Cəmiyyət
Dünən, 15:53

Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı

Cəmiyyət
Dünən, 15:45

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar

Cəmiyyət
Dünən, 15:18

Korrupsiya barədə məlumat verənlərə qarşı sanksiya tətbiq edənlərə cərimələr müəyyənləşir

Kriminal
Dünən, 15:08

Tanınmış modeli döyməkdə təqsirləndirilən iş adamına hökm oxunub

Cəmiyyət
Dünən, 14:42

Penitensiar xidmətin yeni rəisi Sahib Rzayev kimdir? – DOSYE

Siyasət
Dünən, 14:27

Prezident İlham Əliyev ICESCO-nun Baş direktorunu qəbul edib

Cəmiyyət
Dünən, 13:11

Mirsaleh Seyidov Penitensiar Xidmətinin rəisi vəzifəsindən azad edilib, xidmətə yeni rəis təyin edilib

Kriminal
Dünən, 12:33

Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş...

İdman
Dünən, 12:21

Dünya çempionatı: Azərbaycanın iki qadın güləşçisi məğlub olub, İslam Abbasov medal şansını itirib

Cəmiyyət
Dünən, 12:16

Sabah Azərbaycanda hava yağışlı olacaq

Kriminal
Dünən, 12:11

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Oxşar xəbərlər