Bakının Binəqədi rayonunda İlham Qəribov “İstanbul Hospital”ın həkimi Əziz Quliyevə qarşı dələduzluq edib. Bu barədə aprelin 28-də Report xəbər verib.
İ.Qəribov hospitalın həkiminə Kompüter Tomoqrafiya aparatını satacağını söz verərək ondan 10 000 manat alıb.
Daha sonra Əziz Quliyev dələduzluq nəticəsində ona dəymiş maddi ziyanın bir hissəsini alıb. Yerdə qalan 2 300 manatı isə İ.Qəribov qaytarmayıb. O, buna görə saxlanılıb.
Nəticədə hospitalın həkiminə dəymiş maddi ziyan tam ödənilib.