İstehlaka yararsız kolbasa və sosiska məmulatları məhv edilib. Bu barədə 3 may tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Məlumata əsasən, Agentliyə müraciət əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3,7 ton kiloqramdan çox kolbasa və sosiska məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.