İyunun 18-dən etibarən Azərbaycanın xalq artisti Emin Ağalarov “Sea Breeze” kurort qəsəbəsində konsertlər mövsümünə start verəcək. Bu barədə ifaçı öz Instagram səhifəsində paylaşım edib.
“Sea Breeze Summer Live” yay konsertlər mövsümünün rəsmi açılışı Ağalarovun solo konserti ilə başlayacaq.
Sözügedən konsert proqramı iyun-avqust aylarında Bakıda keçiriləcək canlı ifalar silsiləsindən ibarət yeni formatdır.
Biletləri iticket.az saytından almaq mümkündür. Qiymətlər 50-2500 manat arasında dəyişir.