Yanvarın 11-i gecə saat 23:20-dən 12-si səhər saat 05:10-dək Ermənistan silahlı qüvvələri Basarkeçər və Şəmşəddin rayonlarından Kəlbəcər və Tovuz rayonlarını atıcı silahlar və iriçaplı pulemyotlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Məlumata əsasən, Kəlbəcər rayonunun Zəylik, Yellicə, habelə Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Qoşa, Koxanəbi və Əsrik Cırdaxan yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan mövqeləri atəşə tutulub.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki olmayıb.