Kəlbəcər rayonunda itkin düşəndən üç gün sonra meyiti tapılan baş leytenant Fuad Bağırova şəhid statusu verilib. Bu barədə fevralın 1-də Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, yanvarın 29-da Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbçi istiqaməti itirərək azıb.
Həmin gün üç hərbçi: kiçik çavuş Cavad Hüseynov, əsgər Maşallah Hüseynov və əsgər Yasin Kərimov tapılaraq Bakıdakı hospitala təxliyə edilib.