Kəlbəcərdə itkin düşən zabitin nəşi 3 gün sonra tapılıb. Bu haqda fevralın 1-də Report məlumat yayıb.
Zabitin bayrağa bükülmüş tabutu bu gün səhər saatlarında ailəsinə təhvil verilib.
Qeyd edək ki, zabitimiz ailəsi ilə birlikdə Gəncə şəhərində yaşayıb. Ailəli idi, bir oğlan və bir qız yadigarı qalıb.
Yanvarın 29-da o, 3 hərbçi yoldaşı ilə birlikdə Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun olması səbəbindən ərazidə istiqaməti itirərək azıb.