Bu gün, yanvarın 31-də 12:30 radələrində Kəlbəcər istiqamətində itkin düşən hərbçinin nəşi tapılıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bağırov Fuad Allahverdi oğlunun meyiti müvafiq qaydada ərazidən təxliyə edilib.
Qeyd edək ki, yanvarın 29-da Kəlbəcər rayonunun Alagöllər sahəsində hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən dörd hərbçi istiqaməti itirərək azıb. Həmin gün üç hərbçi: kiçik çavuş Cavad Hüseynov, əsgər Maşallah Hüseynov və əsgər Yasin Kərimov tapılaraq Bakıdakı hospitala təxliyə edilib.