Noyabrın 9-da Azərbaycanın Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsindəki yol çəkən mühəndis texnikaları Ermənistanın Basarkeçər rayonunun Yuxarı Şorca məntəqəsindəki mövqelərindən atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Məlumata əsasən, Azərbaycan bölmələri dərhal cavab tədbirləri görüb.
Azərbaycan hərbçiləri arasında itki yoxdur.