12-19 mart tarixlərində Novruz bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkaları fasiləsiz olaraq üç fərqli ünvanda keçiriləcək. Bu haqda Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Yarmarkaların təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq və bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaqdır.
Ümumilikdə 50-yə yaxın regiondan olan 100-dən artıq fermer tərəfindən 50-yə yaxın məhsulun satışı həyata keçiriləcək.
Fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək) təmin olunacaqlar.
Məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək.