Bugün, 20 dekabrda “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb. Bu haqda Kənd Təsərrüfatı Nazirliyinin saytında məlumat verilib.
Yarmarkaya öz təsərrüfatlarının məhsulları ilə 100-ə yaxın fermer qatılıb.
Tədbirin əsas məqsədi sahibkarlar üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərinin kənd təsərrüfatı məhsullarına olan tələbatlarını qarşılamaqdır.
“Kənddən Şəhərə” Yeni il yarmarkasında iştirak ödənişsizdir.
Sözügedən yarmarka 30 dekabr tarixinədək Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda təşkil olunur: