Ələt-Horadiz-Ağbənd dəmiryolu xəttinin Ələt-Osmanlı hissəsində, Kür çayı üzərində yeni körpü tikilir. Bu barədə Report 20 dekabr tarixində məlumat verib.
Bildirilir ki, körpünün tikintisi başa çatdıqdan sonra köhnə dəmir yolu körpüsünün yenidən qurulmasına başlanacaq.
“Körpünün uzunluğu 260 metr, eni 5,7 metrdir. Körpünün əsas bünövrə hissəsi dəmir-beton konstruksiyalardan ibarətdir, qalan hissələri metal konstruksiyalardan ibarət olacaq”, - tikintiyə nəzarət şöbəsinin rəisi Əflan Sadıqlı söyləyib.
Şöbə rəisi əlavə edib ki, layihənin icrası işğaldan azad olunan bölgələrdə insanların Horadiz-Ağbənd, Füzuli-Şuşa və gələcəkdə Zəngəzur dəhlizi ilə dəmir yolu istiqaməti üzrə infrastrukturun qurulmasına müsbət təsir göstərəcək.
Sözügedən körpünün 2 ildən sonra istifadəyə verilməsi nəzərdə tutulub.