Azərbaycan 2021-ci ildə inişillə müqayisədə kərə yağı və süddən hazırlanmış digər yağların idxalını 10,5% azaldıb. Bu barədə məlumat Dövlət Gömrük Kömitəsinin son hesabatında əks olunub.
Ötən il ərzində ölkəmizə 78,8 milyon dollar dəyərində 15,03 milyon ton sözügedən məhsul idxal olunub.
2021-ci ildə məhsullar əsasən Rusiya, Türkiyə və Çindən idxal olunub.Qeyd edək ki, kərə yağı, süddən hazırlanmış digər yağlar və süd pastalarının idxalına tətbiq olunan rüsum güzəştinin qüvvədə olma müddəti 2023-cü ilin sonunadək uzadılıb.