Kürdəmirdə mikroavtobus 15 baş xırdabuynuzlunu vuraraq tələf edib. Bu haqda Report aprelin 4-də məlumat yayıb.
Hadisə Bakı-Qazax yolunun rayonun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı mikroavtobus idarəetmədən çıxıb və qoyun sürüsünə girib.
Nəticədə 15 baş xırdabuynuzlu heyvan ölüb və bir neçəsi ölümcül hala düşüb.
Sürücünün sözlərinə görə, sürü yola qəfildən çıxıb və avtomobili saxlamaq mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.