Bakıda kafedə qətl törədən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işi üzrə məhkəmə iclası başlayıb. Bu haqda 13 yanvar tarixində Report xəbər verib.
Zərərçəkmişin hüquqi nümayəndəsi məhkəməyə gəlməsə də, proses iştirakçıları onun iştirakı olmadan işin baxışa təyin edilməsinə etiraz etməyib.
Məhkəmənin baxış iclası 19 yanvar tarixində keçiriləcək.
Qeyd edək ki, hadisə 29 avqust saat 21:00 radələrində “Beerlin Pub” kafesində baş verib. Aralarında yaranan mübahisə zamanı 34 yaşlı mühafizəçi digər şəxsi döyüb və qapalı kəllə-beyin və baş beyinin ağır dərəcəli əzilməsi xəsarətləri yetirib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilsə də, aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.