Abşeronun Hökməli qəsəbəsində evində odlu silah-sursat gizlədən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb. Bu haqda yanvarın 8-də DİN məlumat verib.
Onun evində “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkarlanıb. Saxlanılan şəxs silah-sursatı iki ay əvvəl tapdığını və polisə təhvil verməyərək satmaq məqsədi ilə evində gizlətdiyini söyləyib.
Bununla yanaşı, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Onun üzərində 85 qram heroin və 20 qram metamfetamin aşkar edilib. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr üzərindən xarici vətəndaşdan aldığını, Qobu və ətraf qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktlarla bağlı araşdırmalar davam edir.