top
Kəlbəcərdəki Xudavəng monastr kompleksi - Qədim tariximizin nişanəsi
22 oktyabr 2024, 04:00
- ↺ +

Kəlbəcərdəki Xudavəng monastr kompleksi - Qədim tariximizin nişanəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əsrarəngiz təbiəti ilə göz oxşayan Kəlbəcərin Vəng kəndində yüksək təpəlik üzərində inşa edilmiş Xudavəng monastrı Azərbaycan ərazisindəki ən böyük monastr kompleksidir.

İnsanoid.com məlumat verir ki, Xudavəng monastır kompleksi Murovdağ və Qarabağ dağ silsilələrinin kəsişdiyi yerdə formalaşan dağlı vadidə, yüksək təpəlik üzərində yerləşir. Qədim Alban sivilizasiyasın ən gözəl sübutlardan olan Xudavəng kompleksi Arzu xatun kilsəsindən, Həsən kilsəsindən, Bazilika və 2 ibadətgahdan ibarətdir. Qeyd edək ki, qədim memarlıq nümunəsi 8-9-cu əsrlərə aiddir.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin Kəlbəcəri işğal etməsindən sonra Xudavəng monastır kompleksi dünyaya erməni abidəsi kimi təqdim olunub və ermənilərin təcavüzünə məruz qalıb. Düşmən, abidədəki Alban kilsəsinə aid xaç və yazıları balta ilə çaparaq yox edərək tarixi saxtalaşdırmağa çalışıb. Onlar öz təbliğatlarında bu məbədi erməni kilsəsi kimi təqdim edib, xalqımızın maddi-mədəni irsini özününküləşirməyə calışıb. İşğaldan əvvəl burada yaşayan sakinlərin sözlərinə görə, abidə çox dəyişiklilərə məruz qalıb:

“Burada binanın yan hissəsində alban vaxtlarından qalan sal daşla yazılmış lövhələr olub, onu cıxarıblar, hal hazırda isə yeri boşdur. Müəyyən bir hissədə erməni dilində özləri əlyazmaları ilə yazılar yazıblar, erməni dilində, öz xaçlarını çəkiblər, ümumilikdə özəlləşdirmək istəyiblər, hardasa tarixi saxtakarlaşdırılıb özünküləşdirmək istəyiblər”, – deyə sakinlər bildirir.

Artıq bu gün Xudavəng kilsəsi, işğaldan azad olunan topraqlarımızda olan, digər tarixi abidələr kimi öz sahiblərinə qaytarılıb və qorunur.

Qeyd edək ki, “Xudavəng”, yəni “Tanrı məbədi” adlandırılan monastır kompleksi Qafqaz Albaniyası dağıldıqdan sonra (IX əsrdə) Qarabağın dağlıq hissəsində yaranmış Xaçın Alban knyazlığının dini mərkəzi olub. Ümumilikdə, kompleksə doqquz tikili - Qədim kilsə; Kiçik birnefli Müqəddəs Məryəm ana bazilikası; Arzu Xatun məbədi; Həsən Cəlal məbədi; Müqəddəs Qriqoris məbədi; Arzu Xatun məbədinə əlavə edilmiş zal; Zəng qülləsi; Məktəb binası; Qalereya daxildir.

Bu tikililərdən beşi əsas, digərləri köməkçi xarakteri daşıyır. Məbəd kompleksinə daxil olan bu abidələrin heç də hamısı dövrümüzədək yaxşı vəziyyətdə çatmayıb. Yaşca daha qədim olanları nisbətən uçub.

Binaların inşası zamanı əsasən, yerli qara bazalt daşdan, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilib. Damları isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülüb. Maraqlısı odur ki, üstü günbəz kimi inşa edilən binaların tikintisində ağac materialından istifadə olunub. Məbəd binalarında pəncərə oyuqları da mövcuddur. Həmin oyuqların yuxarı hissəsi nalşəkilli formada düzəldilib.

Monastıra daxil olan tikililərin divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar həkk edilib.

İnsanoid.com-un müxbiri tərəfindən qeydə alınmış əsrarəngiz Xudavəng monastrının kadrlarını sizə təqdim edirik:

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:57

Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib

Cəmiyyət
Bu gün, 15:56

Ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən şəxs Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq

Cəmiyyət
Bu gün, 15:52

Oktyabrda 24 aptekdə nöqsan aşkarlanıb

Cəmiyyət
Bu gün, 15:51

Azərbaycandan Gürcüstana qanunsuz dizel və qəlyan tütünü keçirilməsinin qarşısı alınıb

Cəmiyyət
Bu gün, 15:42

Bakıda təhsil işçiləri metro və avtobusa 1 qəpik ödəyəcəklər

Cəmiyyət
Bu gün, 15:38

Vüqar Bayramov: "Kredit götürən şəxs işsiz qalmaq riskindən sığortalanacaq"

Cəmiyyət
Bu gün, 15:10

Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib

Cəmiyyət
Bu gün, 13:24

"Araz Supermarket" barədə protokol tərtib olunub

Cəmiyyət
Bu gün, 13:17

X–XI siniflərdə geyim qaydalarına riayət etməyən və dərsə gəlməyən şagirdlərə attestat verilməsi prosesinə aydınlıq gətirilib

Cəmiyyət
Bu gün, 13:04

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Siyasət
Bu gün, 12:56

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

Cəmiyyət
Bu gün, 12:21

Firudin Qurbanov vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib

İqtisadiyyat
Bu gün, 12:07

ZachXBT: "Binance" birjası əməkdaşının Şimali Koreyalı qadın casusla sevgi münasibəti səbəbindən 6 milyard dollar oğurlanıb"

Cəmiyyət
Bu gün, 12:01

İrandan Azərbaycana külli miqdarda narkotik vasitəni keçirməyə cəhd göstərən şəxslər saxlanılıb

Cəmiyyət
Bu gün, 11:52

"Halloween"i tənqid edən Sinan Akçılın arxiv fotosu ortaya çıxdı

Cəmiyyət
Bu gün, 11:45

Vergi yoxlamasından yayınmaq müqabilində 200 min manat rüşvət almaqda ittiham olunan üç vəzifəli şəxsin işi məhkəməyə göndərilib

Cəmiyyət
Bu gün, 11:44

84 yaşlı Amitabh Baççan gülləkeçirməz şüşə arxasında azarkeşləri ilə görüşüb - VİDEO

Cəmiyyət
Bu gün, 11:38

"O, həddindən artıq populyarlaşır. Bu, məni sevindirmir" - Tramp Rubio barədə

Cəmiyyət
Bu gün, 11:34

Media və Yayım Şurası: Türkiyənin sosial media seqmentində Azərbaycan Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlər yayılır

Cəmiyyət
Bu gün, 11:04

Kimi Antonelli "Formula-1" tarixinin ən gənc çempionu olub

Cəmiyyət
Bu gün, 10:23

DSX: Silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirilib

İqtisadiyyat
31 oktyabr 2026, 15:09

Azərbaycanda Apple istifadəçilərinin hesablarının kütləvi şəkildə ələ keçirildiyi bildirilir

Cəmiyyət
31 oktyabr 2026, 14:49

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır

İqtisadiyyat
31 oktyabr 2026, 09:40

Apple yenidən dünyanın ən bahalı şirkəti olub

Oxşar xəbərlər