Bakıda əvvəllər məhkum olunmuş iki şəxs arasında münaqişə baş verib, biri digərini bıçaqla qətlə yetirib. Bu barədə 8 yanvar tarixində Daxili İşlər Nazirliyinə istinadən Report xəbər verib.
Polisə hadisə barəsində məlumat yanvarın 7-də saat 17:00 radələrində daxil olub. Bildirilib ki, qətl Binə qəsəbəsində törədilib.
Şübhəli şəxs tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb.