Novruz bayramı münasibətilə “İçərişəhər” stansiyasında Bakı metropoliteninin əsas muzey eksponatlarından olan retro vaqonlar nümayiş olunacaq. Bu barədə martın 19-da “Bakı Metropoliteni” QSC tərəfindən məlumat verilib.
Sərnişinlər mart ayının 22-dək bu vaqonlarla tanış ola, xatirə şəkilləri çəkdirə bilərlər.
Ümumilikdə sərnişinlərə üç fərqli tipli retro vaqon təqdim olunacaq.
[URIS id=38069]