Bu ilin sentyabrında Azərbaycana 72 min 688 əcnəbi gəlib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 99% artım deməkdir. 2020-ci ilin sentyabrında ölkəyə 36 min 531 əcnəbi gəlmişdi. Bu barədə oktyabrın 25-də Dövlət Turizm Agentliyinin statistikası məlumat verib.
Sentyabrda ən çox əcnəbinin gəldiyi ölkələrdən ilk beşlikdə Türkiyə, Rusiya, İran, Gürcüstan və Ukrayna qərarlaşıb. Belə ki, ötən ay Türkiyədən 20 min 186, Rusiyadan 18 min 967, İrandan 16 min 270, Gürcüstandan 5503, Ukraynadan isə 1270 əcnəbi ölkəmizə gəlib.
Növbəti pillələrdə isə İsrail, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Almaniya, ABŞ, Belarus, Hindistan və İtaliya dayanır.
Cari ilin 9 ayı ərzində gələn əcnəbilərin sayı isə 515 min 280 nəfər təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% azdır. 2020-ci ilin 9 ayı ərzində ölkəyə 686 min 303 xarici turist səfər etmişdi.