2021-ci il ərzində paytaxtın 27 küçə və prospektində 120-yə yaxın eynisəviyyəli piyada keçidi təşkil edilib. Bu barədə yanvarın 5-də Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Sözügedən dövr ərzində 31 məntəqədə 179 ədəd piyada və nəqliyyat svetoforu, 123 məntəqədə isə piyada yol göstəricisi nişanı quraşdırılıb. Eyni zamanda 19 taksi duracaq məntəqəsi təşkil edilib.
Keçən il Bilgəh qəsəbəsində 2 kilometrlik velosiped yolu salınıb. Şəhər mərkəzində isə 7,5 kilometr uzunluğunda velosiped yolunun tikintisinə başlanılıb.