Dələduzluqda təqsirləndirilən Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu haqda iyunun 1-də Report xəbər verib.
İlkin məlumata əsasən, onlar qızıl alveri etmək məqsədilə dələduzluq yolu ilə bir vətəndaşdan 200 000, digərindən isə 189 000 manat pul alıblar. Həmçinin məlum olub ki, A.Əliyeva bələdiyyənin adından torpaq sahəsi ayrılmasına dair saxta sənədlər düzəldərək satıb. Ümumilikdə cinayət işi üzrə 11 zərərçəkmiş var.
Təqsirləndirilənlərə qarşı “dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsilə ittiham irəli sürülüb.