top
Keçmiş “YUXU”nun vokalisti: “Qrupun mahnılarını təəssüf ki, yaşatmıram” – MÜSAHİBƏ
25 oktyabr 2024, 11:35
- +

Keçmiş “YUXU”nun vokalisti: “Qrupun mahnılarını təəssüf ki, yaşatmıram” – MÜSAHİBƏ

“Yuxu” — Azərbaycan rok qrupu 1987-ci ildə Sumqayıt şəhərində yaranıb. Azərbaycanda yaransa da, fəaliyyətinin əsas hissəsini 1999-2001-ci illərdə Türkiyədə göstərib. Həm Azərbaycanda, həm də Türkiyədə bir neçə festivalda iştirak edib.

Qrupun bütün mahnıları Azərbaycan dilində olub. 1999-cu ildə İstanbulda baş vermiş güclü zəlzələ musiqi sənayesinə də mənfi təsir göstərib və “Yuxu” qrupu 2001-ci ildə fəaliyyətini dayandırıb.

Sumqayit24.azın əməkdaşı keçmiş “Yuxu” qrupunun vokalisti Cəsur Nemətov ilə həmsöhbət olub.

Müsahibəni təqdim edirik:

– Cəsur, necəsiniz, işləriniz necə gedir?

– “Yuxu” qrupunu unutmadığınız üçün minnətdaram. Bizi hələ də yaddan çıxarmamısnız. Bizim üçün bu çox xoşdur. Hər şey əladır.

– Özünüz haqqında məlumat verməyinizi istərdim.

– Mən artıq 30 ildən çoxdur ki, Rusiyada yaşayıram. İxtisasca hüquqşünasam. Musiqi ilə, bu sahə ilə heç bir əlaqəm olmayıb. Hər şey birdən-birə, təsadüfən olub. Son illərdə musiqi ilə məşğul olmurdum. Azərbaycana qayıtdığım zaman gənclərlə tanış oldum. Festivalda iştirak etdikdən sonra dəyişikliklər oldu. Təkliflər gəlməyə başladı. Yenidən nələrsə etməyə başladım.

– “Yuxu” qrupunun vokalçılarından biri olmusunuz. Necə oldu ki, qrupa qoşuldunuz? Tanışlığınız necə yarandı?

– Qrupun bütün üzvləri Sumqayıt şəhəri, 8-ci mikrorayondakı eyni məhəllənin sakinləriyik. Çingiz, İbrahim və mən. Biz bir-birimizi tanıyırdıq. İbrahim bir gün qrup yaratmağı təklif etdi. Elə oldu ki, qrupu yaratdıq və beləcə fəaliyyətə başladıq.

– O illərə qayıtmağınızı istərdim. “Yuxu” qrupu ilə ən yaddaqalan anlarınızdan bəhs edərdiniz.

– Yaddaqalan ilk il idi. Çox ümidlərimiz var idi. Hər şey yeni idi. Bütün yaşadığımız anlar gözəl idi. Yeni başladığımz illər ən gözəli idi.

– Qrup üzvlərindən hazırda kimlərlə əlaqəniz var?

– Uzun illər keçsə də, əlaqələrimiz qalıb.  Namiq, Çingiz və zərb alətləri ifaçımızla əlaqəm var, arada danışırıq. Mən vətənə qayıdanda imkan tapıb görüşürük. Türkiyəyə getmədiyim üçün Namiqlə telefonla müzakirələr edirik.

– “Yuxu” qrupu ilə neçə il birlikdə fəaliyyət göstərmisiniz?

– Qrup yarandığı gündən fəaliyyətim olub. Qrupun dağılmağına bir il qalmış qrupdan ayrıldım. Məndən sonra Zaur Abdullayev yeni vokalist kimi bir albom yazdı.

– Hazırda vokalist kimi fəaliyyətinizi davam etdirirsinizmi?

– Artıq 25 ildir ki, vokalist olaraq fəaliyyət göstərdiyim barədə danışmamışam, gizli saxlamışam. Son illər yeni bəstələr, hitlər yaratmağa çalışıram.

– İndi harada yaşayırsınız? Həmin şəhərdə “Yuxu” qrupunun mahnılarını yaşadırsınızmı?

– Mən Rusiyada yaşayıram. Moskva yaxınlığında əhalisi az olan bir qəsəbədə məskunlaşmışam. Musiqi ilə məşğul olduğumu kiməsə demirəm. Heç kimin xəbəri yoxdur ki, mən musiqi ilə məşğul olmuşam. Bu informasiyanı heç yerdə açıqlamıram. “Yuxu” qrupunun mahnılarını təəssüf ki, yaşatmıram.

– Yeni qrup yaratmaq fikriniz olub? Yeni qrupların yaradılmasında hansısa dəstəyiniz olubmu?

– Yeni qrup yaratmaq fikrim yoxdur. Sadəcə olaraq musiqi ilə məşğul olan insanlarla bərabər yeni layihələr işləmək fikrindəyəm. Yeni qrup planım yoxdur.

– İndiki rok janrında ifa edənlərdən kimləri dinləyirsiniz? Bəyəndikləriniz var? (Konkret adlarını çəkərdiniz)

– Yeni yaranan rok qruplarını dinləyirəm. “AynaBand”, “Dərviş” band, “Qara Dərviş” və Mərdan Kazımov kimi gənc istedadları dinləyirəm. Hərəsinin özünəməxsus musiqi tərzi var. Həm də özəldirlər. Maraqlı işlər edə bilərlər. Hər birindən yaxşı layihələr gözləyirəm. Düşünürəm ki, onlarda bu alınacaq.

– Rok janrı ilə maraqlanan gənclərə nə tövsiyə edərdiniz?

– Sadəcə olaraq onu deyə bilərəm ki, bu sizin arzunuzdursa, mütləq həyata keçirin. Heç kimə mane olmursa, həyata keçirin.  Çoxlu yeni musiqilər yaratmaq lazımdır. Yeni bəstələr çox azdır. Yeni bəstə və mahnılar lazımdır.

– Sumqayıt xatirələrinizdən danışardınız.

– Uşaqlığımın və gəncliyimin ən gözəl illəri Sumqayıtda keçib. Ən gözəl xatirələrim Sumqayıtla bağlıdır. 20 ildir ki, Sumqayıtda olmamışam. Deyirlər çox dəyişib. İstəyirəm ki, səfər zamanı gündüz vaxtı şəhəri gəzim və dəyişikliklərin şahidi olum.

– Bundan sonrakı planlarınızdan bəhs edərdiniz?

– Planımızda yeni bəstələr, hitlər var. Cürbəcür janrlarda özümü sınamaq istəyirəm.

Nəzrin Vahid

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 15:47

Tailandın Baş naziri rusiyalı bacı-qardaşın dəhşətli qətlindən sonra üzr istədi

Bütün Xəbərlər
Bu gün, 14:32

Prezident İlham Əliyev Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzalayıb

Bütün Xəbərlər
Bu gün, 13:59

Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
Bu gün, 12:25

Bazar gününə olan hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 10:08

MİQ-in nəticələri açıqlanıb, 8 sualda səhv olub

Bütün Xəbərlər
Bu gün, 09:15

Xalq şairi Nəriman Həsənzadə vəfat edib

Bütün Xəbərlər
Bu gün, 09:12

Prezident İlham Əliyev sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edib - FOTO

Bütün Xəbərlər
Dünən, 21:55

Bu yollar 2 gün bağlı olacaq

Bütün Xəbərlər
Dünən, 18:02

AAAF Park Yaşayış Kompleksində antisanitariya - Sakinlər narazıdırlar + VİDEO

Bütün Xəbərlər
Dünən, 17:51

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub

Bütün Xəbərlər
Dünən, 16:31

DİM rəhbəri: "Bir sıra aqrar ixtisaslar üzrə 150 balla dövlət sifarişli yerlərə qəbul mümkündür"

Bütün Xəbərlər
Dünən, 16:23

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub - FOTO

Bütün Xəbərlər
Dünən, 16:06

Məleykə Abbaszadə: "150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq"

Bütün Xəbərlər
Dünən, 16:02

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bütün Xəbərlər
Dünən, 15:44

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Bütün Xəbərlər
Dünən, 15:15

Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı QƏRAR

Bütün Xəbərlər
Dünən, 13:45

Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

Bütün Xəbərlər
Dünən, 12:22

Sabah 39 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:06

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Bütün Xəbərlər
Dünən, 11:56

Nigar Budaqlını yataq xəstəsi edən həkimlərə HÖKM OXUNDU

Bütün Xəbərlər
Dünən, 11:10

AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb

Bütün Xəbərlər
Dünən, 09:45

Azərbaycan ilə Qırğızıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Bütün Xəbərlər
Dünən, 09:28

Sadır Japarov Azərbaycan–Qırğızıstan dostluğunu Nizami Gəncəvinin sözləri ilə ifadə etdi

Bütün Xəbərlər
Dünən, 09:24

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib

Oxşar xəbərlər